Sudanda bazara endirilən hava zərbəsi nəticəsində 43 nəfər həlak olub
Bakı, 11 sentyabr, AZƏRTAC
Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında davam edən qarşıdurmada paytaxt Xartumun cənubunda bir bazarı hədəf alan hava hücumu nəticəsində 43 nəfər həyatını itirib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Sudan Həkimlər Birliyi məlumat yayıb.
“Bu səhər Xartumun cənubundakı Mayo rayonunda şiddətli və qanlı toqquşmalar baş verib, onlarla adamın ölümü və yaralanması ilə nəticələnib”, - deyə açıqlamada qeyd edilir.
Qoro bazarına hava hücumu nəticəsində 43 nəfərin öldüyü, ən azı 55 nəfərin yaralandığı məlumatda bildirilib.
Xartumun Cənub Təcili Yardım Mərkəzi bütün tibb işçilərini və qan donorlarını təcili olaraq yaralıların müalicə olunduğu bölgədəki Beshair xəstəxanasına gəlməyə çağırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]
İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub
- 05.06.2026 [15:47]
İtaliya Avropada yeni müdafiə alyansının yaradılmasını təklif edir
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]