“Sulfamid fraqmentli azometin törəmələrinin sintezi və bioloji fəallığının tədqiqi” - maarifləndirici seminar
Bakı, 5 dekabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda doktorant və dissertantlar üçün maarifləndirmə seminarı keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Seminarın gündəliyi haqqında məlumat verən institutun elmi katibi kimya üzrə fəlsəfə doktoru dosent Mehparə Səfərova bildirib ki, gəncləri laboratoriyalarda aparılan tədqiqatların nəticələri ilə tanış etmək baxımından belə seminarların böyük əhəmiyyəti var.
Sonra Mühafizəedici üzvi birləşmələr laboratoriyasının aparıcı elmi işçisi kimya üzrə fəlsəfə doktoru Leyla Şahgəldiyeva “Sulfamid fraqmentli azometin törəmələrinin sintezi və bioloji fəallığının tədqiqi” mövzusunda təqdimatla çıxış edib. O, N-əvəzolunmuş arilsulfamidlərin sintezinin yeni üsulları, pirimidinsulfamidlərin əmələ gəlməsi haqqında geniş məlumat verib və çoxsaylı sualları cavablandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [16:30]
Mərkəzi Elmi Kitabxanada professor Asif Rüstəmlinin kolleksiyası yaradılıb
- 06.10.2026 [15:44]
KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib
- 06.10.2026 [14:49]