SİYASƏT
Sülhməramlıların növbəti avtomobil karvanı aksiya ərazisindən sərbəst keçib
Şuşa, 18 fevral, Ceyhun Alışlı, AZƏRTAC
Bu dəqiqələrdə Rusiya sülhməramlılarına məxsus 18 avtomobil azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən sərbəst keçib.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, aksiya iştirakçıları sülhməramlıların on yeddisi yük, biri isə minik avtomobili olmaqla on səkkiz nəqliyyat vasitəsinin Laçından Xankəndi istiqamətində hərəkətinə şərait yaradıblar.
Həmişə olduğu kimi, bu gün - ekoaksiyanın 69-cu günündə də sülhməramlılara məxsus nəqliyyat vasitələrinin ərazidən heç bir maneə olmadan hərəkət etmələri bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır.
Qeyd edək ki, bu gün hazırkı vaxtadək 51 avtomobilin aksiya ərazisindən sərbəst hərəkəti təmin olunub.