Sülhün və sabitliyin təmin olunması istiqamətində BMT-nin həyata keçirdiyi layihələr müzakirə olunub
Bakı, 5 avqust, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT baş katibinin İraq üzrə xüsusi nümayəndəsi və BMT-nin İraqdakı Dəstək Missiyasının rəhbəri Yan Kubişin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər, sülhün və sabitliyin təmin olunması istiqamətində BMT tərəfindən həyata keçirilən layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verərək, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının dəfələrlə qeyd etdikləri kimi, mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.08.2026 [08:03]
Xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb VİDEO
- 14.07.2026 [18:29]
Böyük Britaniya ilə parlamentlərarası əlaqələr inkişaf edir
- 13.07.2026 [16:46]
Baş nazir Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Yekaterinburqa dron hücumu olub
- [08:55]
İmişlidə traktorun altında qalan uşaq ölüb
- 06.08.2026 [23:50]