SUMQAYIT İLBƏİL GÖZƏLLƏŞİR
Avropa Stolüstü Tennis İttifaqının prezidenti Stefano Bosi AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir: “6 ildən sonra Sumqayıta yenidən gəlmişəm və onun nə qədər dəyişməsi məni heyran etmişdir. Bütün ölkəniz kimi, şəhər də intensiv inkişaf edir. Burada əlillərin asudə vaxtının təşkili, idmanla məşğul olmaları üçün müasir paralimpiya mərkəzinin tikilməsi məni sevindirir”.
Qonaq vurğulamışdır ki, bir sıra maraqlı və diqqətəlayiq təkliflər irəli sürən şəhər rəhbərliyinin işgüzar, yaradıcı əhval-ruhiyyəsi və şövqü xoş təsir bağışlamışdır. Biz respublika Stolüstü Tennis Assosiasiyası ilə birlikdə şəhərdə stolüstü tennis mərkəzi tikəcəyik. Bunun üçün siyasi iradə və müvafiq ehtiyatlar vardır.
Stefano Bosi demişdir: “Məlumdur ki, Sumqayıt öz ənənələri olan peşəkar tennis məktəbi ilə məşhurdur. Yeni nəsil həmin ənənələri uğurla davam etdirir. Mən şəhərin tennis zalında oldum, ümumilikdə, buradakı vəziyyətdən və müvafiq qurumların ölkədə stolüstü tennisin inkişafına münasibətindən razı qaldım”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]