SUMQAYIT İNCƏSƏNƏT MƏKTƏBİNDƏ TƏMİR İŞLƏRİ APARILMIŞDIR
Məktəbin direktoru Lətafət Müftizadə AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, şəhər icra hakimiyyətinin təşəbbüsü ilə binanın dam örtüyü əsaslı təmir olunmuşdur. Bu məqsədlə təxminən 43 milyon manat büdcə vəsaiti xərclənmişdir. İkimərtəbəli binanın istilik sistemini yaxşılaşdırmaq məqsədi ilə məktəbin ərazisində qazanxana tikilmişdir. İndi şagirdlər rahat siniflərdə musiqi və xareoqrafiya sənətinin incəliklərinə yiyələnəcəklər.
İncəsənət məktəbinin yaxşı ənənələri var. Hər il böyük nəğməkar Bülbülün doğum günü münasibətilə onun mənzil-muzeyi ilə birlikdə xatirə günləri keçirilir. Məktəbin şagirdləri dəfələrlə respublika müsabiqələrinin qalibləri olmuşlar. Onlar şəhərdə keçirilən bütün tədbirlərdə fəal iştirak edirlər.