“Sumqayıt” klubu “Neftçi”ni yeni stadionunda qəbul etmək istəyir
Bakı, 11 yanvar, AZƏRTAC
“Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu ilə bağlı işlərimiz davam edir”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev deyib.
Klub rəsmisi bildirib ki, arenada projektorların dəyişdirilməsi işinə start verilib: “Ancaq bəzi proseslər var ki, bir qədər uzun çəkir. Belə vaxtlarda başqa nəsə edə bilmirik. Sadəcə, prosesin bitməsini gözləyirik. Təbii ki, başqa nüanslar da var. Bunları da həll etməyə səy göstəririk”.
Z. Xudiyev Azərbaycan Premyer Liqasının XXI turunun "Neftçi" ilə oyununu yeni arenada keçirmək istədiklərini vurğulayıb: “İşləri həmin vaxtadək yekunlaşdırmağa çalışırıq. Amma hələ dəqiq bir şey yoxdur”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]