SUMQAYIT MƏKTƏBLƏRİ QIŞ MÖVSÜMÜNƏ HAZIRLAŞIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, üçmərtəbəli təhsil ocağının istilik sistemi tamamilə yenidən qurulmuşdur. Qazanxana yaxınlıqdakı “İstedad” liseyini, habelə Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzini də istiliklə təmin edəcəkdir.
Sumqayıt İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhərin təhsil müəssisələrinin yarısı qış mövsümündə istilik sistemi ilə təchiz olunmuşdur. Şəhər məktəblərinin istilik sistemi ilə təchizi üçün hazırlanmış proqrama uyğun olaraq işlər davam etdirilir.