REGİONLAR
Sumqayıt məktəbliləri ölkə birinciliyinin qalibi olub VİDEO
Xaçmaz, 22 iyun, Elxan Yusifli, AZƏRTAC
Sumqayıt məktəbliləri IX-X sinif şagirdləri arasında ölkə birinciliyinin qalibi adını qazanıb.
AZƏRTAC xəbər verir ki, iyunun 22-si Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən final qarşılaşmasında Sumqayıt məktəbliləri mingəçevirli həmyaşıdlarını minimal hesabla məğlub etməyi bacarıb.
Üçüncü yer uğrunda oyunda isə Gəncə və Kürdəmir məktəbliləri üz-üzə gəlib. Daha inamlı təsir bağışlayan gəncəlilər rəqibinə 5-1 hesabı ilə qalib gələrək yarışın üçüncüsü olub.
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarış dörd zona üzrə təşkil olunub. Final mərhələsində isə 8 komanda mübarizə aparıb.
Final qarşılaşmasından sonra qaliblər mükafatlandırılıb.