Sumqayıt Regional Mədəniyyət İdarəsinin müəssisələri “DOST xonçası” kampaniyasına qoşulub
Sumqayıt, 17 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan müəssisələr “DOST xonçası” kampaniyasına qoşulub. Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin start verdiyi “DOST xonçası” kampaniyası çərçivəsində keçirilir.
AZƏRTAC xəbər verir ki, layihəyə dəstək məqsədilə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov və tabe müəssisələrinin əməkdaşları tənha, ahıl yaşlı insanların, aztəminatlı ailələrin, eləcə də yardıma ehtiyacı olan ailələrin evlərini ziyarət ediblər. Qonaqlar “DOST xonçası”nı təqdim edərək onları bayram münasibətilə təbrik ediblər. Milli adət-ənənələrimizi əks etdirən Novruz bayramı ərəfəsində keçirilən bu kampaniyanın məqsədi ehtiyacı olan həmvətənlərimizi və ahıllarımızı sevindirmək, cəmiyyətin onlara qarşı diqqət və qayğısını gücləndirmək, xoş bayram ovqatı bəxş etməkdir.