SUMQAYITIN, ABŞERON VƏ BAKI QƏSƏBƏLƏRİNİN FUTBOL KOMANDALARI ARASINDA 2-Cİ TUR BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, noyabrın 30-dan Sumqayıtın, Abşeronun və Bakının kənd və qəsəbələri arasında gənc və yeniyetmələrin iştirakı ilə futbol turnirinə start verilmişdir. Turnir gələn il aprelin 30-dək davam edəcəkdir.
Gənclər və İdman Nazirliyinin, Bakı Kəndlər Futbol Federasiyasının təşkil etdikləri və iki dövrədən ibarət olacaq yarışın birinci dövrəsi yanvarın 25-də başa çatacaqdır.
Artıq iki tur arxada qalmışdır. 1994-1995-ci il təvəllüdlü uşaqların yarışında 2-ci turun nəticələri belə olmuşdur:
“Mərdəkan bələdiyyəsi”-“Şüvəlan bələdiyyəsi” 1:1, “Olimpiya”- “Binəqədi” 2:4, “Nəsimi-2 bələdiyyəsi”- “Maştağa bələdiyyəsi” 1:3, “Sahil qəsəbəsi”-“Nəsimi-1 bələdiyyəsi” 0:4.
Həmin turda 1992-1993-cü il təvəllüdlü idmançıların qarşılaşmasında isə aşağıdakı nəticələr qeydə alınmışdır:
“Mərdəkan bələdiyyəsi”-“FK Mehdiabad” 0:3, “Olimpiya”-“Binəqədi bələdiyyəsi” 4:3, “Aşağı Güzdək bələdiyyəsi”-“Maştağa bələdiyyəsi” 0:2, “Sahil qəsəbəsi”-“Biləcəri bələdiyyəsi” 3:2.
Bu yarışda həmçinin 16 yaşdan yuxarı gənclər də güclərini sınamışlar. “Pirşağı bələdiyyəsi” “Olimpiya”ya 5:3, “H.Z.Tağıyev qəsəbəsi” isə “Corat-Buzovna qəsəbəsi”nə 4:3 hesabı ilə qalib gəlmişdir. “TİM” “Bakı-Pirallahı”ya 0:3 hesabı ilə məğlub olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]