Azərbaycan Dövlət İnformasiya Agentliyi

Süni intellekt işimizi əlimizdən alacaqmı? - “Meta”da işləyən azərbaycanlı mühəndislə MÜSAHİBƏ VİDEO

London, 3 oktyabr, AZƏRTAC

Artıq 5 ildən çoxdur İngiltərədə yaşayan azərbaycanlı proqramçı Sabir Əlizadə hazırda “Meta” şirkətində “WhatsApp”ın monetizasiya sahəsində çalışır. O, həmçinin İngiltərədə həmtəsisçiləri ilə birgə süni intellekt üzrə startap da qurub.

AZƏRTAC-a müsahibəsində Sabir Əlizadə proqramlaşdırmaya marağının necə yarandığından, “WhatsApp”da görülən işlərdən və süni intellektin yaxın gələcəkdə dünyanı necə dəyişəcəyindən danışıb.

-Neçə ildir Londonda yaşayırsınız?

-Təxminən 6 ildir ki, Londonda yaşayıram. Karyerama Berlində başladıqdan sonra Londona köçərək “Meta” şirkətində çalışmağa başladım. Bir müddət sonra isə öz həmtəsisçilərimlə birlikdə Böyük Britaniyada süni intellekt (Sİ) laboratoriyası qurduq. Məqsədimiz fərqli sektorların ehtiyaclarına uyğunlaşdırılmış ağıllı Sİ agentləri hazırlamaqdır. Hazırladığımız məhsullar arasında ən çox maraq görəni və bizneslər tərəfindən fəal istifadə olunanı otel və restoran sektoru üçün hazırladığımız süni intellekt agentidir.

-Startapınızda yaratdığınız məhsul konkret olaraq nəyi hədəfləyir?

-Otel və restoran biznesinin idarə edilməsi olduqca mürəkkəb və çoxsaylı dəyişənlərdən asılı bir prosesdir. Bir insanın bütün məlumat axınını, təchizat zənciri, qiymətqoyma, işçi qrafiki, xərclərin optimallaşdırılması kimi parametrləri eyni anda analiz edərək hər zaman optimal qərar verməsi demək olar ki, qeyri-mümkündür. Bizim həllimiz, bu müəssisələrə Sİ-yə əsaslanan bir "virtual köməkçi" təqdim etməkdir. Bu agent bütün mövcud datanı qısa zamanda təhlil edərək menecerlərə strateji qərarlar üçün konkret tövsiyələr verir. Statistikaya görə, yeni açılan restoranların təxminən 80 faizi ilk il ərzində bağlanır. Bizim əsas hədəfimiz Sİ vasitəsilə bu riski minimuma endirmək və data əsasında qərar qəbul etmə prosesini heç bir texniki bilik tələb etmədən, hər bir biznes üçün əlçatan etməkdir.

-“WhatsApp”da konkret olaraq hansı işləri görürsünüz?

-Mən "WhatsApp Business" platformasının inkişafı üzərində çalışıram. Milyardlarla insan "WhatsApp"ı şəxsi ünsiyyət üçün istifadə edir, lakin bizneslərin tələbləri daha fərqlidir: onlar eyni anda milyonlarla müştəriyə bildirişlər göndərmək və effektiv müştəri dəstəyi göstərmək istəyirlər. Rəhbərlik etdiyim komandalarla birlikdə mənim rolum bu böyükhəcmli infrastrukturu daha da təkmilləşdirmək və onun SMS və ya e-poçt kimi ənənəvi vasitələrdən daha səmərəli olmasını təmin etməkdir. Əsas məqsədimiz "WhatsApp"ı gələcəkdə biznes-müştəri əlaqələrinin mərkəzi platforması halına gətirməkdir.

-Mesajlaşma tətbiqlərinin gələcəyini necə görürsünüz?

-Mesajlaşma texnologiyaları tarixən məktublardan, faksa, SMS-ə və nəhayət müasir tətbiqlərə doğru təkamül edib. İndi isə növbəti böyük transformasiyanın astanasındayıq: süni intellekt agentlərinin inteqrasiyası. Yaxın gələcəkdə sizin adınızdan mesajlara cavab verən, sifarişləri idarə edən ağıllı Sİ agentləri həyatımızın ayrılmaz hissəsi olacaq. Son 20 ilki həyatımız smartfonlar üzərində qurulub. Lakin 5-10 il ərzində bu paradiqma da dəyişəcək. "Ağıllı eynəklər" (smart glasses) kimi yeni cihazlara keçid edəcəyik və “WhatsApp” kimi tətbiqləri birbaşa bu yeni platformalardan istifadə edəcəyik.

-Süni intellekt iş yerlərinə necə təsir göstərəcək? Bəziləri qorxur ki, süni intellekt insanların iş yerlərini əllərindən alacaq.

-Bu, haqlı narahatlıqdır, amma mən bunu iş yerlərinin kütləvi itkisi kimi yox, internetin yaranması kimi böyük bir transformasiya olaraq görürəm. Süni intellekt əksər peşələri yox etməyəcək, əksinə, bir “ikinci pilot” kimi onları daha da gücləndirəcək. O, sıxıcı və təkrarlanan işləri öz üzərinə götürəcək, bizə isə kreativ və strateji düşünmək üçün daha çox vaxt verəcək. Əsas dəyişiklik tələb olunan bacarıqlarda olacaq. Artıq fərq çox məlumata sahib olmaqda deyil, süni intellektə düzgün sualları verərək ondan lazımi cavabı almaq bacarığında olacaq. Buna görə də əsl risk “süni intellekt işimi əlimizdən alacaq?” sualı deyil. Əsl risk odur ki, sizin həmkarınız süni intellektdən sizdən daha yaxşı istifadə edərək daha məhsuldar olacaq. Məhz bu səbəbdən hazırkı dövr öyrənməyə açıq olanlar üçün böyük fürsətlər yaradır.

-Bu sahədə ölkələrin mövqeyi necədir? Kimlər öndədir?

-Hazırda bu sahədə iki əsas qlobal güc var: ABŞ və Çin. ABŞ daha çox “Google”, “OpenAI”, “Anthropic” kimi özəl şirkətlərin və fundamental tədqiqatların gücü ilə liderlik edirsə, Çin dövlət strategiyası və nəhəng data üstünlüyü ilə sürətlə irəliləyir. Lakin bu qlobal rəqabətə baxmayaraq, mən inanıram ki, yarış hələ yeni başlayır. Bir çox sahədə hər şey “0-0” vəziyyətindədir və bu, Azərbaycan üçün də unikal bir fürsət deməkdir. Yeni Sİ modellərinin yaradılması böyük resurslar tələb edir və bizim üçün bu çox çətin bir hədəfdir. Lakin bu modellər üzərində müxtəlif məhsulların qurulması prosesi hələ yeni başlayıb və əsl fürsət də məhz buradadır. Unutmayaq ki, gələcəyin nəhəng texnoloji şirkətləri məhz indi, bir neçə təsisçi tərəfindən kiçik ofislərdə qurulur. Əgər gənclərimiz bu dəyişikliyin bir hissəsi olmaq istəyirsə, bunun ən doğru yolu qorxmadan yeni məhsullar yaratmaq və öz startaplarını qurmaqdır.

-“Meta”da işləmək sizə nə qazandırır?

-“Meta”da, xüsusilə də “WhatsApp” komandasında işləmək, mənim üçün iki əsas məna daşıyır: nəhəng məsuliyyət və misilsiz təcrübə. Bir tərəfdən, bu, çox böyük bir məsuliyyətdir, çünki hazırladığımız məhsullardan 3 milyarddan çox insan istifadə edir. Böyük miqyasda kiçik bir texniki səhv milyonlarla insana təsir etdiyi üçün verdiyimiz texniki qərarların çəkisi çox ağırdır. Digər tərəfdən isə bu, əvəzsiz bir təcrübədir. Siz burada öz sahələrində dünyanın ən güclü beyinləri ilə birgə çalışırsınız. Belə bir mühitdə əsas çağırış, bu qədər ağıllı insan arasında ortaq bir hədəf formalaşdırmaq və ən mürəkkəb problemlərin həllində müzakirələrə düzgün istiqamət verməkdir. Bu proses səni hər gün öz sərhədlərini aşmağa və daha yaxşı olmağa məcbur edir. Yekun olaraq, “Meta” sizə həm qlobal miqyasda təsir imkanı, həm də dünyanın ən yaxşı mütəxəssisləri ilə birlikdə öyrənmək və inkişaf etmək fürsəti verir.

-Gələcəkdə iş dünyasında hansı dəyişiklikləri gözləyirsiniz?

-Gələcəyin iş dünyasında ən böyük dəyişikliklərdən birini peşəkar rolların sərhədlərinin aradan qalxmasında və onların birləşməsində görürəm. Məsələn, bu gün mühəndis kodu yazır, məhsul meneceri isə bazarı araşdırır. Sİ-nin köməyi ilə isə gələcəkdə bir nəfər həm bazar analizini anında apara, həm məhsulun dizaynını qura, həm də ilkin kodu hazırlayaraq ideyanı reallığa çevirə biləcək. Bu, xüsusilə startaplar üçün inqilabi bir fürsətdir, çünki artıq çox kiçik komandalar belə nəhəng layihələri həyata keçirə biləcək. Daha geniş mənada bu, bacarıqların demokratikləşməsi deməkdir. Məncə, ixtisaslaşmanın yerini süni intellektlə gücləndirilmiş universal mütəxəssislərin alması gələcəyin iş dünyasının əsas istiqamətlərindən biri olacaq.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Süni intellekt işimizi əlimizdən alacaqmı? - “Meta”da işləyən azərbaycanlı mühəndislə  MÜSAHİBƏ  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir: Dövlət borcunun məzənnə və xarici bazar risklərinə həssaslığı azalıb

“Airbus” və “Dassault” birgə döyüş təyyarəsinin yaradılması ilə bağlı layihəni dayandırır

Dünyada dövlət borcu ÜDM nisbətinin ən aşağı olan ölkələrdən biri Azərbaycandır

Bu saata olan əsas xəbərlər

Azərbaycanın U-17 yığması Qəbələdə növbəti yoxlama oyununu keçirəcək

Maliyyə naziri: Ötən il Azərbaycanın qeyri-neft sektoru daha da genişlənib

Dilimiz milli-mədəni kimliyimizin təməlidir - yeni layihə

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Çin alimləri kosmosda qaraciyər xəstəliklərinin inkişaf mexanizmlərini tədqiq ediblər

Sahil Babayev: Ötən il Azərbaycan üçün növbəti uğurlu il olub

Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb

Türkiyədə aktiv rəqəmsal bankçılıq müştərilərinin sayı 129 milyonu ötüb VİDEO

Türkiyədə aktiv rəqəmsal bankçılıq müştərilərinin sayı 129 milyonu ötüb VİDEO

Abşeron rayonunda sürücülər arasında baş verən insident araşdırılıb

“Uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması”: İctimai müzakirə

Azərbaycanın xarici işlər naziri Yaponiyaya rəsmi səfərə yola düşüb

Baş prokuror Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək

XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb

NBA: “San-Antonio Spörs” final seriyasında önə keçib

Odessa sahillərində 15 ölü delfin aşkarlanıb

Dərmanların təhlükəsizliyi necə qorunur?

“YAŞAT” Fondu Şəkidə yaz düşərgəsi reallaşdırıb

Çində avtomobil satışları kəskin azalıb

Azov dənizində zərər görən gəmilərin 19 nəfər azərbaycanlı heyət üzvü ölkəmizə yola salınıb

Texnobloger: Platformalar yeniyetmələr üçün xüsusi təhlükəsizlik tədbirlərini tətbiq etməlidir

Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti bərpa olunub

Milli Kitabxanada “Azərbaycanda yaşayan azsaylı xalqlar” adlı virtual sərgi açılıb

Əfqanıstanda ilin əvvəlindən bəri baş verən təbii fəlakətlər 300-dən çox insanın həyatına son qoyub

Fransa və Almaniya 100 milyard avroluq döyüş hava sistemi proqramını dayandırıb

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

ABA: Bank sektorunun aktivləri 57 milyard manatı ötüb VİDEO

ABA: Bank sektorunun aktivləri 57 milyard manatı ötüb VİDEO

DİN: Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən olunub

İrakli Kobaxidze: Gürcüstan bu gün Azərbaycanla misilsiz əlaqələrə malikdir

Fransada dəmiryol işçiləri tətilə hazırlaşırlar

“Axios”: ABŞ Trampın iradəsi xaricində Yaxın Şərqdə yenidən münaqişəyə cəlb oluna bilər

Özbəkistan məhkəmələrdə korrupsiyaya qarşı nəzarəti gücləndirir

BDU beynəlxalq reytinqdə 189 pillə irəliləyərək Azərbaycanda lider mövqeyini qoruyub

Krasnodar hava limanında 12 reys təxirə salınıb

Uşaqlar üçün məhdudiyyətlərin tətbiq edildiyi platformaların siyahısı yaxın vaxtlarda təqdim olunacaq

ABŞ-də reaktiv yanacaq istehsalı rekord həddə çatıb

ABA və "Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb VİDEO

ABA və "Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb VİDEO

Fərid Osmanov: Yaxın vaxtlarda beynəlxalq maliyyə institutları ilə geniş əməkdaşlıq paketinin tamamlanması planlaşdırılır VİDEO

Fərid Osmanov: Yaxın vaxtlarda beynəlxalq maliyyə institutları ilə geniş əməkdaşlıq paketinin tamamlanması planlaşdırılır VİDEO

Mehmet Şimşek: Türkiyə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində addımlar atır

Tramp: İsrail və İran ən azı bir həftə qarşılıqlı hücumlar həyata keçirməyəcək

Bu gün Azərbaycanın U-21 millisi Qırğızıstan yığması ilə qarşılaşacaq

Vüsal Qasımlı: Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramının qəbul olunması gözlənilir VİDEO

Vüsal Qasımlı: Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramının qəbul olunması gözlənilir VİDEO

Ağcabədi sakini zəhərlənərək həyatını itirib

Azərbaycan İKT sektorunda illik ixrac həcmini 1 milyard dollara çatdırmağı hədəfləyir VİDEO

Azərbaycan İKT sektorunda illik ixrac həcmini 1 milyard dollara çatdırmağı hədəfləyir VİDEO

Azərbaycanın U-20 millisi Ruy Jorjenin rəhbərliyi altında ilk oyununa çıxacaq

COP31 ərəfəsində Bonn şəhərində BMT-nin ikihəftəlik iqlim sessiyası keçirilir

Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası üzvlərinin növbəti ümumi yığıncağı olub

Firuzə Rəsulova: Uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması ən aktual tələblərdən biridir

AMB: Hazırda AZ-QR infrastrukturunun daha da genişləndirilməsi istiqamətində işlər aparılır

Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin bank aktivlərinin həcmi açıqlanıb VİDEO

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin bank aktivlərinin həcmi açıqlanıb VİDEO

Qadın futbolçulardan ibarət Azərbaycan yığması seçmə mərhələdə son matçına çıxır

Dünya bazarında qızıl və gümüş bahalaşıb VİDEO

Dünya bazarında qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Azərbaycanın Yaxın Şərqdə enerji diplomatiyasının yeni istiqamətləri formalaşdırılır ŞƏRH

Futbol üzrə Azərbaycan millisi bu gün San-Marino ilə qarşılaşacaq

Əmək və əhalinin sosial müdafiəsi naziri Salyanda vətəndaşların müraciətlərini dinləyəcək

ADAU-nun müəllimləri su təsərrüfatı və ekologiyaya dair yeni kitablar tərtib ediblər

Naxçıvanda vergi daxilolmaları 2,4 faiz artıb

Oğuzda “Abad məhəllə” layihəsinin icrasına başlanılıb, davamı olacaq VİDEO

Oğuzda “Abad məhəllə” layihəsinin icrasına başlanılıb, davamı olacaq VİDEO

Mayda Milli Ödənişlər Sistemində Ani Ödənişlər Sisteminin payı 54 faizə çatıb

Yaponiya və Cənubi Koreya 9 ildən sonra ilk dəniz xilasetmə təlimi keçirib

Azərbaycan nefti 100 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 100 dollardan baha satılır VİDEO

Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026" işə başlayıb VİDEO

Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026" işə başlayıb VİDEO

Çinin xarici ticarəti 15,3 faiz çoxalıb

Oğuzda gənclər üçün “Bir gün bir könüllü gənc” layihəsi başlayır

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Tramp: Yaxın iki həftə ərzində İranla yekun razılaşmanın əldə olunacağını gözləyirəm

Vens: ABŞ İsrailin mövqeyindən asılı olmayaraq İranla razılaşma əldə etməyə çalışacaq

Filippinin cənubunda baş verən zəlzələdə ölənlərin sayı 37-yə çatıb VİDEO

Filippinin cənubunda baş verən zəlzələdə ölənlərin sayı 37-yə çatıb VİDEO

Tacikistanın ən böyük buzlağına yeni rəsmi ad verilib

İsveçdə kişilər və qadınlar arasında gəlir bərabərliyinə nail olmaq üçün daha 37 il tələb olunur

Biotexnoloqlar ilk dəfə insanın qaraciyər hüceyrələrini “cavanlaşdırdıqlarını” açıqlayıblar

ABŞ ordusu İrana gedən tankeri zərərsizləşdirib

İranda 4,9 bal gücündə zəlzələ baş verib

Tramp Netanyahuya İranla münaqişəni yenidən alovlandırmamaq barədə xəbərdarlıq edib

Polis şadlıq saraylarından birinin qarşısında baş verən insidentlə bağlı açıqlama verib

Netanyahu: İsrail İrana zərbə endirməyi dayandırıb, lakin hər hansı hücuma cavab verəcək

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 100-ü ötüb

Qalibaf: İranın məqsədi münaqişəyə son qoymaqdır

“Axios”: Zelenski Vitkoff və Kuşnerlə telefon danışığı aparıb

Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir

ABŞ “Alibaba”, BYD, “Nio” və digər Çin texnologiya şirkətlərini qara siyahıya salıb

Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb

Təranə Yusifova: Səməd Vurğunun poeziyası Azərbaycan musiqisində daim yaşayır

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir

Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq

Almaniya və Fransa gələcəyin döyüş təyyarəsi layihəsi üzrə işləri dayandırmaq qərarına gəliblər

Ayxan Abbasov: Bizə qələbə lazımdır

Sərbəst güləş üzrə aşağı yaş qruplarından ibarət milli komandaların tərkibi yenidən formalaşdırılıb

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Mançester Universiteti: Maqmanın ifrat qızması vulkan püskürmələrini daha qəfil və dağıdıcı edir

İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi

“Şamaxı”nın yay hazırlıq planı məlum olub

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Bu saata olan əsas xəbərlər