Suraxanı rayonunda dələduzluq edən şəxs saxlanılıb
Bakı, 31 oktyabr, AZƏRTAC
Paytaxtın Suraxanı rayonunda iki nəfər dələduzluqla üzləşdikləri barədə polisə müraciət ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 27 yaşlı S. Hüseynov saxlanılıb.
Araşdırmalarla müəyyən olunub ki, o, iki nəfəri maşın satacağı vədi ilə aldadaraq ümumilikdə 12 min 300 manat vəsaitlərini dələduzluq yolu ilə ələ keçirib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [17:23]
Culfada yeni Vəkil Bürosunun açılışı olub
- 08.06.2026 [17:15]
“Heydər Əliyev məktəbi” layihəsi başa çatıb
- 08.06.2026 [17:13]
Assosiasiya sədri: Gələcəyin peşələri sürətlə dəyişir
- 08.06.2026 [16:54]
DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO
- 08.06.2026 [16:41]
Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb
- 08.06.2026 [16:37]
Qlobal mənzil böhranı artıq gələcəyin deyil, bu günün problemidir - ŞƏRH
- 08.06.2026 [16:16]