Suraxanıda könüllü qanvermə aksiyası keçirilib
Bakı, 12 sentyabr, AZƏRTAC
Suraxanı Rayon İcra Hakimiyyəti və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin birgə təşəbbüsü ilə könüllü qanvermə aksiyası təşkil olunub.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin tibb briqadasının həkim-hematoloqları qan vermək arzusunda olan hər bir donoru müayinə edərək onların sağlamlıq vəziyyətini müəyyənləşdirib.
Aksiya zamanı 100 nəfərə yaxın könüllüdən qan götürülüb.