SURİYA ƏRƏB DÖVLƏTLƏRİ BİRLİYİNİN TƏCİLİ ZİRVƏ GÖRÜŞÜNÜ KEÇİRMƏYƏ ÇAĞIRIR
Ərəb dövlətləri Dəməşqin təklifinə təmkinlə yanaşmışlar. Suriya nümayəndələri ilə hələlik təkcə Səudiyyə Ərəbistanı, Əlcəzair, Livan və Misir görüşməyə hazır olduqlarını bildirmişlər.
Xatırladaq ki, BMT TŞ-in Suriya haqqında qətnaməsi Livanın sabiq Baş naziri Rəfiq Həririnin qətlinin təhqiqi üzrə beynəlxalq müstəqil komissiya ilə Dəməşqin hərtərəfli əməkdaşlığını tələb edir. Rusiya və Çinin təkidi ilə Dəməşq barəsində sanksiyaların mümkünlüyü layihədən çıxarıldıqdan sonra qətnamə BMT TŞ tərəfindən yekdilliklə bəyənilmişdir. Lakin sənəd Suriyanın qətnaməni yerinə yetirməkdən imtina etməsi təqdirində cavab tədbirlərinin görülməsinin mümkünlüyünü saxlayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [21:45]
Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar
- 06.10.2026 [19:12]
Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək
- 06.10.2026 [18:15]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [17:58]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 06.10.2026 [17:47]