SÜRTKÜ YAĞLARI VƏ AĞ NEFT: İSTEHSAL, İXRAC, SATIŞ
Azərbaycan Dövlət Neft Şirkətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ölkənin neft emalı zavodları yanvar-aprel aylarında 11.916 ton müxtəlif növ sürtkü yağları, 40.084 ton ağ neft istehsal etmişdir.
Həmin müddətdə respublikadan kənara 3.374 ton sürtkü yağı göndərilmiş və bu növ məhsulun 8.133 tonu ölkədaxili bazarın tələbatına yönəldilmişdir.
İlk dörd ayda ağ neft ixrac olunmamış və 40.195 ton, yəni proqnozdan 111 ton artıq məhsul yalnız respublika istehlakçılarına satılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:57]
Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb
- 01.10.2026 [17:39]