SÜRÜCÜ VƏ SƏRNİŞİN HADİSƏ YERİNDƏCƏ KEÇİNMİŞLƏR
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, dekabrın 11-də Nizami rayonu, Q.Qarayev küçəsində İbrahim İbrahimovun idarə etdiyi “VAZ-2104” markalı və Pirallahı qəsəbə sakini Vəfadar Cəfərovun idarə etdiyi “LAZ” markalı avtomaşınlar toqquşmuşdur.
Nəticədə İ.İbrahimov və sərnişinlərdən Əfqan Məmmədov hadisə yerindəcə ölmüş, Bakı şəhər sakini Nizami Qasımov isə xəsarətlə xəstəxanaya yerləşdirilmişdir. Onun vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı cinayət işi açılmışdır, araşdırma aparılır.