SÜRÜCÜ VƏ SƏRNİŞİN HADİSƏ YERİNDƏCƏ KEÇİNMİŞLƏR
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, dekabrın 12-də Mərdəkan şosesində, Bakı şəhər sakini Elçin Həsənovun idarə etdiyi “Deu-Leqanza” markalı, Masallı rayon sakini Yusif Heydərovun idarə etdiyi “VAZ-21099” markalı və Əli Bayramlı şəhər sakini Mürşüd Həziyevin idarə etdiyi “VAZ-2106” markalı avtomaşınlar toqquşmuşdur.
Nəticədə, Y.Heydərov və sərnişinlərindən Əli Bayramlı şəhər sakini Mansur Əliyev hadisə yerindəcə keçinmiş, digər sərnişinləri, Masallı rayon sakinləri Həqiqət və Sübhnaz Rzayevalar, eləcə də E.Həsənov xəsarətlə xəstəxanaya yerləşdirilmişlər. Yaralananların vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı cinayət işi açılmışdır, araşdırma aparılır.