Şuşa Teatrı 147-ci teatr mövsümünü açıb
Bakı, 24 sentyabr, AZƏRTAC
Azərbaycan peşəkar milli teatrı olan Şuşa Teatrı 147-ci mövsümünü açıb.
Teatrdan AZƏRTAC-a verilən məlumata görə, teatrın yaradıcı heyəti teatr mövsümünü milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası ilə açıb.
Səhnə əsəri teatrın “Facebook” səhifəsində yayımlanıb.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:49]
İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi
- 29.09.2026 [20:37]