ŞÜŞƏ QABDAKI MİNERAL SU SAĞLAMLIQ ÜÇÜN TƏHLÜKƏLİDİR
AZƏRTAC Röyter agentliyinə istinadla xəbər verir ki, doktor Klont 16 ölkədən gətirilmiş 68 müxtəlif markalı mineral su nümunələrinin analizini aparmışdır. Alim bu suların nümunələrini su kəmərindən və quyudan götürülmüş su ilə müqayisə etmişdir.
Doktor Klont demişdir: “Mineral su təhlükəli bakteriya və göbələkciklərlə son dərəcə zəngindir. Bu suda patogen mikroorqanizmlər olduqca çoxdur. Doğrudur, bu bakteriyalar fiziki cəhətdən sağlam insanlar üçün qorxulu deyil, lakin zəif immunitetli adamlar üçün olduqca təhlükəlidir”.
Alim bildirmişdir: “İddia edirlər ki, butulkadakı mineral su kran suyundan daha faydalı və daha təhlükəsizdir. Lakin heç də belə deyildir. Biz mağazalarda satılan butulkalardakı mineral suyun tərkibində bakterial çirklənmənin səviyyəsinin yüksək olduğunu müəyyən etmişik”. O demişdir ki, şəxsən özü mineral suyun analizini apardığı nümunələrin 40 faizində xəstəlik törədən bakteriya və göbələkciklər aşkara çıxarmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]