“SW Travel” dünya hotellərinin onlayn bron sistemini istifadəyə vermişdir
Bakı, 30 aprel (AZƏRTAC). Azərbaycanda ilk dəfə olaraq “SW Travel” şirkəti bütün dünya üzrə hotellərin onlayn bronlaşdırılması - “SWB2B” sistemini istifadəyə vermişdir.
AZƏRTAC xəbər verir ki, şirkətin tərəfdaşları “SWB2B” sisteminə qoşulmaqla hotellər üzrə tam və dolğun (şəkilli və xəritəli) informasiya əldə etmək, sifarişin dərhal təsdiqini almaq, müştəri üçün loqotipli vauçeri çap etmək və öz sifarişlərinə tam nəzarət etmək imkanı qazanacaqlar.
Proqramın interfeysi Azərbaycan, rus və ingilis dillərindədir.
Bu sistemin əsas üstünlüyü dünyanın ən yaxşı turist operatorlarının resursları ilə işləmək, bu zaman onlar qarşısında heç bir maliyyə və müqavilə öhdəliyi götürməmək imkanıdır. Sistemə bütün gün ərzində dünyanın istənilən nöqtəsindən pulsuz qoşulmaq olar.
“SW Travel” əldə etdiyi bu nailiyyətlə kifayətlənmək fikrində deyil. Yaxın vaxtlarda “SWB2B” sisteminə dünyanın istənilən nöqtəsində avtomobil kirayəsi, eləcə də istənilən aviaşirkətin biletini bronlaşdırma və yazılması xidmətləri də əlavə olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]