Tacikistan səfiri: Azərbaycan Düşənbənin su təşəbbüslərini dəstəkləyən ölkələrdən biridir
Bakı, 6 may, AZƏRTAC
Azərbaycan Tacikistanın konsensusa əsaslanan su təşəbbüslərini ardıcıl olaraq dəstəkləyən ölkələrdən biridir və bu, strateji tərəfdaşlığımızın yüksək səviyyəsini nümayiş etdirir. Bu davamlılıq Tacikistanı qlobal Su Prosesində tanınmış liderə çevirib, habelə beynəlxalq ictimaiyyəti su çatışmazlığı və buzlaqların əriməsi problemlərinin həlli üçün bir araya gətirir.
AZƏRTAC xəbər verir ki, bu barədə Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon 25-28 may tarixlərində Düşənbədə keçiriləcək “Davamlı inkişaf üçün su - 2018-2028” Beynəlxalq Fəaliyyət Onilliyi çərçivəsində 4-cü Beynəlxalq Yüksək Səviyyəli Konfransa hazırlıqlara həsr olunmuş brifinqdə bildirib.
Səfir xatırladıb ki, Tacikistan Respublikasının təşəbbüsü ilə elan edilən Su Onilliyi ölkənin qlobal su gündəliyinin irəliləməsi üçün ardıcıl səylərinin davamıdır və 2003-cü ildə Beynəlxalq Təmiz Su İli ilə başlayaraq 2013-cü ildə Beynəlxalq Su Əməkdaşlıq İli ilə bitən bütün əhəmiyyətli təşəbbüslərini məntiqi nəticəsidir.
Diplomat vurğulayıb: “Bu istiqamətdə əhəmiyyətli nailiyyət suyun mühafizəsi və ekosistemlərin qorunması sahəsində dövlətlərin 840-dan çox könüllü öhdəliyini birləşdirən Su Fəaliyyəti Gündəliyinin formalaşması ilə nəticələnən 2023-cü il BMT Konfransı olub”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:37]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ
- 07.08.2026 [16:39]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 07.08.2026 [15:48]
Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb
- 07.08.2026 [12:54]
Sabah Azərbaycanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək
- 06.08.2026 [14:27]
Azərbaycanda zubrların sayı 89-a çatıb
- 06.08.2026 [12:41]
Sabahın hava proqnozu açıqlanıb
- 06.08.2026 [10:07]