Tacikistanda koronavirusa 3930 nəfər yoluxub
Düşənbə, 1 iyun, AZƏRTAC
Tacikistanda COVID-19 koronavirusuna 3930 nəfər yoluxub.
AZƏRTAC Tacikistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son sutka ərzində 377 xəstə, ümumilikdə isə 2004 pasiyent sağalıb.
Pandemiya dövründə koronavirusdan 47 xəstə ölüb.
Hazırda Tacikistanda karantində 1886 adam var.
Mayın son 10 günü ərzində Rusiyadan 680 Tacikistan vətəndaşı Düşənbəyə gətirilib və bu proses davam edir.
Xatırladırıq ki, Tacikistan Mərkəzi Asiya ölkələri arasında koronavirusa ən çox yoluxan ölkə sayılır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]