TACİKİSTANIN DÖVLƏT MƏMURLARI GƏLİRLƏRİ HAQQINDA DEKLARASİYA TƏQDİM EDƏCƏKLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Tacikistan hökuməti bütün dövlət məmurlarının gəlirləri və əmlakı haqqında deklarasiyanın formasını təsdiq etmişdir. Bu haqda Düşənbədə keçirilən mətbuat konfransında respublika Baş Prokurorluğu Korrupsiya ilə Mübarizə İdarəsi rəisinin müavini Mariza Xalifayev məlumat vermişdir. O, qeyd etmişdir ki, sənədə əsasən, prezident də daxil olmaqla bütün dövlət məmurları bir il ərzində qazandıqları gəlir və əmlakları haqqında məcburi qaydada deklarasiya təqdim etməlidirlər.
Onun sözlərinə görə, bu ilin səkkiz ayı ərzində Korrupsiya ilə Mübarizə İdarəsi hüquq mühafizə orqanlarının əməkdaşları haqqında bu cür cinayətlə bağlı 125 iş açmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]