Tahir Baxşıyev: İrlandiya yığmasına qalib gələ bilərik
Bakı, 24 fevral, AZƏRTAC
Kubok oyunlarına görə vaxtımız az oldu. Cəmi 2 məşq keçə bilmişik.
AZƏRTAC xəbər verir ki, bu sözləri kişi basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Tahir Baxşıyev Avropa çempionatının (EuroBasket 2029) ilkin seçmə mərhələsində İrlandiya və Şimali Makedoniya yığmalarına qarşı keçirəcəkləri oyunlar barədə danışarkən deyib.
O, komandada ab-havanın yaxşı olduğunu bildirib: “İlk oyunumuzu İrlandiyaya qarşı oynayacağıq. Onlar da bizim kimi hər iki matçda məğlub olublar. Bütün diqqətimiz birinci matçdadır. Çətin görüş olacaq, amma gücümüz var. Meydanda döyüşüb qalib gələ bilərik. Vesli Van Bek komandaya İrlandiyada qoşulacaq. Bütün gücümüzlə matça hazır olmağa çalışacağıq. Digər rəqib Şimali Makedoniya seçməsinin də oyunlarını izləmişik”.
Qeyd edək ki, milli komanda fevralın 27-də İrlandiya, martın 2-də isə Şimali Makedoniya ilə üz-üzə gələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [14:53]
“Liverpul”dan ayrılan futbolçu “Real Madrid”lə müqavilə imzalayıb
- 08.06.2026 [14:09]
Çimərlik güləşi üzrə millinin baş məşqçisi Vyetnamda təlim keçib
- 08.06.2026 [12:19]
AMADA-nın yeni Strategiya layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb
- 08.06.2026 [11:45]
Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilk transferini reallaşdırıb
- 08.06.2026 [11:39]
Stend atıcılığı üzrə ölkə kuboku başa çatıb
- 08.06.2026 [10:56]
Azərbaycanın stolüstü tennisçisi İsveçdə bürünc medal qazanıb
- 08.06.2026 [10:29]