Tailand dopinq qalmaqalına görə dünya çempionatına ev sahibliyi etməkdən məhrum oluna bilər
Bakı, 23 yanvar, AZƏRTAC
Tailand ötən il Aşqabadda keçirilən ağır atletika üzrə dünya çempionatında dopinq qalmaqalına görə, bu il keçiriləcək mundiala ev sahibliyi etməkdən məhrum edilə bilər.
AZƏRTAC “TASS”a istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) İcraiyyə Komitəsinin üzvü Maksim Aqapitov bildirib.
Belə ki, IWF yanvarın 23-də tailandlı üç dünya çempionunun dopinq testinin müsbət nəticə verdiyini açıqlayıb.
“Tailandlı atletlər arasında müsbət dopinq testlərinin aşkarlanması məsələsi çox aktualdır. Bir ildə Tailandın iki nümayəndəsində iki müsbət dopinq testi aşkar edilib. Hər halda bu məsələni müzakirə etmək üçün təşəbbüs göstəriləcək. Nəzərə almaq lazımdır ki, dünya çempionatının startına çox az vaxt qalır və yarışa hansı ölkənin təşkilatçılıq edəcəyi aydın deyil”, - deyə M.Aqapitov bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]