TAİLAND KRALLIĞININ BAŞ NAZİRİZATİ-ALİLƏRİ CƏNAB TAKSİN ŞİNAVATRAYA
Hörmətli cənab Baş nazir,
Milli bayramınız - Kralın təvəllüd günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm.
Ümidvaram ki, dost ölkələrimiz arasındakı əlaqələr, ikitərəfli əməkdaşlığımız qarşılıqlı maraqlar çərçivəsində daim genişlənəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 29 noyabr 2005-ci il