Tailandın cənubunda daşqınlar səbəbindən fövqəladə vəziyyət rejimi elan olunub
Bakı, 26 noyabr, AZƏRTAC
Tailandın cənubunda baş verən güclü daşqınlar səbəbindən Sonqhla əyalətində fövqəladə vəziyyət rejimi elan olunub.
AZƏRTAC xəbər verir ki, hökumət orqanları, həmçinin külli miqdarda maddi ziyana səbəb olan və ictimai təhlükəsizliyə ciddi təhdid yaradan daşqınların nəticələrinin aradan qaldırılması üçün xilasetmə əməliyyatlarını əlaqələndirəcək xüsusi komanda mərkəzi yaradıb.
Qeyd edək ki, musson yağışlarının səbəb olduğu daşqınlar Tailandın doqquz əyalətinə təsir edib və 13 nəfərin ölümünə səbəb olub.
Ölkənin Meteorologiya Departamenti güclü yağışların daşqın və torpaq sürüşməsi riskini əhəmiyyətli dərəcədə artıracağı barədə xəbərdarlıq edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]