Tamblinqçilərimiz Rusiyada beynəlxalq turnirdə 4 medal qazanıblar
Bakı, 5 iyul, AZƏRTAC
Tamblinqçilərimiz Rusiyanın Mineralnıye Vodı şəhərində təşkil edilmiş məşq toplanışında və hazırlığın sonunda keçirilmiş yarışda iştirak ediblər.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, məşq toplanışı və yarışda iştirak üçün Rusiyaya tamblinqçilərimiz - Mixail Malkin, Bilal Qurbanov, Tofiq Əliyev, Adil Hacızadə, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov yollanıblar.
Təlim-məşq toplanışı iyunun 23-dən iyulun 1-dək davam edib. Ardınca tamblinqçilərin “Zvyozdi prijkov” adlı yarışı keçirilib. Turnirdə böyüklər arasında yarışan M.Malkin və gənclər yaş qrupunda çıxış edən A.Hacızadə və B.Qurbanov ikinci, A.Karataşov isə üçüncü yerdə qərarlaşıblar. Digər gimnastlarımız H.Əsədullayev, E.Məmmədov və böyüklər arasında yarışan T.Əliyev müvafiq olaraq 12-ci, 10-cu və 8-ci nəticəni göstəriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]