Tanınmış məşqçinin Azərbaycan klubu ilə müqaviləsinin müddəti bəlli olub
Bakı, 21 iyun, AZƏRTAC
"Turan Tovuz" klubunun yeni baş məşqçisi Kurban Berdıyevlə imzalayacağı müqavilənin müddəti bəlli olub.
AZƏRTAC Rusiya mətbuatına istinadən xəbər verir ki, türkmənistanlı mütəxəssis 2+1 illik sözləşməyə imza atacaq.
71 yaşlı çalışdırıcının iyunun 21-də Azərbaycana gələcəyi, 3 gün sonra isə onun rəhbərliyi altında təlim-məşq toplanışının start götürəcəyi bildirilib.
Qeyd edək ki, Kurban Berdıyev "Turan Tovuz"un sükanı arxasında Ayxan Abbasovu əvəzləyib. Tanınmış mütəxəssisin son klubu Dağıstanın "Dinamo" (Mahaçqala) komandası olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:27]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [20:16]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]