TANINMIŞ UKRAYNALI FUTBOL MÜTƏXƏSSİSİ ANATOLİ DEMYANENKO 2011-Cİ İLƏDƏK “NEFTÇİ”NİN BAŞ MƏŞQÇİSİ OLACAQDIR
Tanınmış ukraynalı futbol mütəxəssisi, 80-ci illərdə Kiyevin “Dinamo” komandasının şərəfini qorumuş, son illər isə həmin komandanı çalışdırmış Anatoli Demyanenko Bakının “Neftçi” klubuna yeni baş məşqçi təyin olunmuşdur.
Klubun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əvvəlki baş məşqçi, çexiyalı Vlasimil Petrjela ilə bağlanmış müqavilə qarşılıqlı razılıq əsasında ləğv olunmuşdur.
Yanvarın 8-dən “Neftçi”də fəaliyyətə başlayan A.Demyanenko müqaviləyə əsasən, klubda öz vəzifəsini 2011-ci il iyunun 30-dək icra edəcəkdir.
Futbolçu karyerası dövründə Ukraynanın “Dnepr” (1976-1978), “Dinamo” (1979-1990, 1992), Almaniyanın “Maqdeburq” (1991) və Polşanın “Vidzev” (1991-1992) klublarının şərəfini qorumuş müdafiəçi, kapitan sarğısını daşıdığı SSRİ yığma komandasının heyətində 80 oyunda 6 qol vurmuşdur.
Məşqçiliyə 1993-cü ildə vətənində başlayaraq qısa müddətə bir neçə klubu çalışdırmış, 1993-2005-ci illərdə Kiyev "Dinamo"sunda məşqçi işləmişdir. 2005-ci ildə “Dinamo”nun baş məşqçisi təyin olunmuşdur. A.Demyanenkonun komandası 2007-ci ilin sentyabrınadək bir dəfə Ukrayna çempionu, iki dəfə isə kubokun sahibi olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]