“Tank” ləqəbli kikboksçumuz Xəyal Əhmədov növbəti döyüşünə çıxacaq
Bakı, 28 sentyabr, AZƏRTAC
Azərbaycan Kikboksinq Federasiyasının idmançısı, nüfuzlu beynəlxalq yarışların qalibi, dünya çempionu, “Tank” ləqəbli məşhur kikboksçu Xəyal Əhmədov oktyabrın 6-da Almaniyanın Bohum şəhərində növbəti döyüşünə çıxacaq.
AZƏRTAC xəbər verir ki, Xəyal Əhmədov almaniyalı rəqibi Lukas Boçenskiyə qarşı döyüşəcək.
“İnanıram ki, döyüşdən qələbə ilə ayrılacağam. Hər döyüşdən nəsə öyrənirəm. Bu dəfə də məni çətin və məsuliyyətli döyüş gözləyir. Arzumdur ki, çox sevdiyim üçrəngli bayrağımızı zirvələrə qaldırım”, - deyə idmançı qeyd edib.
Qeyd edək ki, Xəyal Əhmədov bir sıra beynəlxalq yarışların qalibidir. Əsasən peşəkar sahədə döyüşür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]