TBİLİSİ YAXINLIĞINDA DƏMİR YOL SİSTERNİNİN PARTLAYIŞI İLƏ BAĞLI TƏHQİQAT BAŞLANMIŞDIR
AZƏRTAC-ın Tbilisidən aldığı xəbərə görə, Gürcüstan Dövlət Təhlükəsizliyi Nazirliyi martın 18-nə keçən gecə Navtluqidə (Tbilisi yaxınlığında) dəmir yol stansiyasının qəbul- yolasalma məntəqələrindən birinin ərazisində sisternin partlaması və yanması ilə əlaqədar təhqiqata başlamışdır. DTN-dən bildirmişlər ki, istintaq “bu hadisə ilə martın 16-da Msxeti rayonu ərazisində dəmir yolu magistralında baş vermiş partlayışın ümumi cəhətlərini” müəyyən etməlidir.
DTN-nin məlumatına görə, sisterni partlatmaq üçün istifadə olunmuş partlayıcı maddənin ekspertizası keçiriləcək və bundan əvvəl Msxeti rayonunda partlamış maddə ilə müqayisə olunacaqdır. Nazirliyin nümayəndələri “həmin partlayışların təşkilatçılarının və icraçılarının bu üsulla cəmiyyəti və iqtidarı qorxutmağa cəhd göstərdiklərini istisna etmirlər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]