TBİLİSİDƏ CƏNUBİ QAFQAZ BARMENLƏRİNİN MÜSABİQƏSİ KEÇİRİLƏCƏKDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, 2006-cı ilin mayında Tbilisidə Cənubi Qafqaz ölkələri barmenlərinin müsabiqəsi keçiriləcəkdir. Bu barədə qərar Tbilisidə Barmenlər Assosiasiyası və Gürcüstan Barmenlər Cəmiyyəti bazasında yaradılmış gürcü barmenlərinin yeni birliyinin təqdimat mərasimində qəbul olunmuşdur.
Birliyin nümayəndələrinin fikrincə, müsabiqədən məqsəd Cənubi Qafqazda ən yaxşı barmeni aşkar etməkdir. Müxtəlif ölkələrin barmenlərinin iştirak etdikləri təqdimat mərasimində Gürcüstanda Avropa standartlarına uyğun barmenlər məktəbinin yaradılması perspektivləri də müzakirə olunmuşdur.