TBİLİSİDƏ “ƏDƏBİ GÜRCÜSTAN” TOPLUSU NƏŞR OLUNMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyi Gürcüstan bölməsinin təşəbbüsü və təşkilatçılığı ilə Tbilisidə “Ədəbi Gürcüstan” adlı toplu işıq üzü görmüşdür.
“Poeziya”, “Nəsr”, “Araşdırma”, “Tərcümə” və “Anım” adlı beş bölmədən ibarət 550 səhifəlik bu kitabda Gürcüstanda yaşayıb-yaradan azərbaycanlı şair və yazıçıların əsərlərindən nümunələr toplanmışdır.
Kitabın əsas məziyyətlərindən biri də burada azərbaycanlı müəlliflərlə yanaşı, bir çox klassik və çağdaş gürcü yazarlarının əsərlərindən nümunələrin yer almasıdır. Həmin əsərləri orijinaldan Azərbaycan dilinə yerli yazarlar tərcümə etmişlər.
Toplunu nəşrə hazırlayan və redaktoru Azərbaycan Yazıçılar Birliyi Gürcüstan bölməsinin sədri, şair-publisist Rafiq Hümmət, məsləhətçiləri Azərbaycan Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu və filologiya elmləri doktoru, professor Valeh Hacılardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]