TBİLİSİDƏ NEFT, QAZ VƏ ENERGETİKA MƏSƏLƏLƏRİNƏ DAİR 3-CÜ BEYNƏLXALQ KONFRANS KEÇİRİLİR
Tədbirdə neft və qazın hasilatı və nəqli məsələləri, energetika problemləri müzakirə ediləcəkdir. Bundan başqa, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələrinin həyata keçirilməsi ilə bağlı məsələləri, habelə Xəzərin enerji daşıyıcılarının Gürcüstan ərazisinədək keçməklə Avropa bazarına nəqli məsələlərini də müzakirə etmək planlaşdırılır.
Konfransın keçirilməsindən məqsəd bu sahədə əməkdaşlığı genişləndirmək, Azərbaycan, Türkiyə, Qazaxıstan, Rusiya və Ukrayna ilə işgüzar əlaqələr yaratmaqdır.
Konfransda 15 ölkənin təmsilçiləri, o cümlədən ARDNŞ-in nümayəndələri iştirak edirlər.