TBİLİSİDƏ QARA DƏNİZ HÖVZƏSİ ÖLKƏLƏRİXARİCİ İŞLƏR NAZİRLƏRİ ŞURASININ 11-Cİ İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, oktyabrın 29-da Tbilisinin “Kortiard Mariott” mehmanxanasında Qara dəniz Hövzəsi İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin xarici işlər nazirləri şurasının 11-ci iclası keçirilmişdir.
İclasda Gürcüstanın bu ilin mayından başlayaraq təşkilata sədrlik etdiyi dövrdə işlənib hazırlanmış tövsiyələr müzakirə olunmuşdur.
Azərbaycanı tədbirdə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil etmişdir.