TBİLİSİDƏ “QARAPAPAQLAR” JURNALININ BEŞİNCİ NÖMRƏSİ İŞIQ ÜZÜ GÖRMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin aylıq mətbu orqanı kimi rəsmi qeydiyyatdan keçmiş “Qarapapaqlar” jurnalının beşinci nömrəsi işıq üzü görmüşdür. Jurnalın bu nömrəsində Borçalının tarixi, folkloru və ədəbiyyatına dair dəyərli yazılar dərc olunmuşdur.
Redaksiya heyəti və kollektivin məqsədi Gürcüstan-Azərbaycan dövlətlərarası ədəbi-mədəni və elmi əlaqələrin daha da inkişaf etdirilib möhkəmləndirilməsinə xidmət etməkdir. Redaksiya türk dünyasının siyasətdən uzaq yeniliklərini və gürcü dilli ədəbi, mədəni və elmi mühitdə baş verənləri soydaşlarımızın diqqətinə çatdırmaq missiyasını öz üzərinə götürmüşdür.
Qeyd edək ki, jurnalın veb-saytı da açılmışdır və toplu hər ay dərc olunduqca elektron variantı http://qarapapaqlar.borchali.net saytında yerləşdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]