TBİLİSİDƏ YAŞLILARIN TƏHSİLİ İLƏ BAĞLI KONFRANS KEÇİRİLƏCƏK
Almaniya Xalq Universitetləri Birliyi Beynəlxalq Əməkdaşlıq İnstitutunun ölkəmizdəki əlaqələndiricisi Fuad Muradov AZƏRTAC-ın müxbirinə demişdir ki, konfransda Rusiya, Almaniya, Ukrayna, Özbəkistan və digər ölkələrin nümayəndələri iştirak edəcəklər.
Tədbirdə respublikamızı Təhsil və İqtisadi İnkişaf nazirliklərinin, Azərbaycan Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və Bakı Tədris Mərkəzinin nümayəndələri təmsil edəcəklər.
Konfransda yaşlıların təhsili sahəsində dövlət siyasəti, yeni tədris üsulları, sosial tərəfdaşlıq, əməkdaşlıq və s. barədə müzakirələr aparılacaqdır.