TEATR MÖVSÜMÜ BAŞA ÇATMIŞDIR
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hazırda repertuarında 40-dan artıq milli, klassik opera və balet tamaşası olan kollektiv yola saldığı mövsümdə dövlət sifarişi əsasında iki tamaşanı - Üzeyir Hacıbəyovun 120 illik yubileyi münasibətilə “Leyli və Məcnun” operasını yeni quruluşda, bəstəkar Polad Bülbüloğlunun “Eşq və ölüm” baletini təhvil vermişdir. Sonuncu Bakıdakı ilk uğurlu tamaşasından sonra Sankt-Peterburqun Mariya Teatrının və Rusiya Akademik Böyük Teatrının səhnələrində də oynanılmışdır. Rusiya Federasiyasında Azərbaycan ilinə bu tamaşa ilə yekun vurulmuşdur.
Başa çatan mövsümdə teatrın səhnəsində Rusiya, Ukrayna, Belarus, Gürcüstan opera və balet teatrlarının tanınmış sənətkarlarının iştirakı ilə maraqlı tamaşalar göstərilmiş, bir neçə istedadlı gəncin debütü olmuşdur.
Mövsüm başa çatsa da, kollektiv yay istirahətinə getməyə tələsmir. Hazırda Ü.Hacıbəyovun “ O olmasın, bu olsun” musiqili komediyası üzərində qızğın iş gedir. Kollektiv yeni mövsümü bu tamaşa ilə açmaq fikrindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:19]
Londonda “Arşın mal alan” filminin nümayişi olub
- 13.10.2026 [18:20]
Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub
- 13.10.2026 [15:41]
Xalq rəssamı: Vahid məktəbli geyimi ətrafındakı təxribatlara uymamalıyıq
- 13.10.2026 [14:53]
Zəngin poetik irs və humanist ideyalar: Xaqani Şirvani yaradıcılığı
- 13.10.2026 [14:26]
Dillər Universitetində Çinin “Çunyan” bayramı münasibətilə tədbir keçirilib
- 13.10.2026 [14:15]
Soltan Soltanlı Serbiyada keçirilən beynəlxalq yarışmada üçüncü yeri tutub
- 13.10.2026 [12:55]
İstanbulda ədəbi-bədii proqram: “Zəfər yolundan Türk dünyasına”
- 13.10.2026 [11:29]
Milli İncəsənət Muzeyində ilin sonunadək bir sıra mühüm sərgilər açılacaq
- 13.10.2026 [11:26]