TEATR XADİMLƏRİ İTTİFAQINDA MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
İttifaqın katibi, əməkdar artist Rafiq Əliyev konfransı açaraq bildirmişdir ki, Zaqafqaziya dövlətlərindən təkcə Azərbaycanın dəvət olunduğu bu mötəbər festivalda ölkəmizi Dövlət Gənc Tamaşaçılar və Bakı Kamera teatrları təmsil etmişlər.
Festivalda 30 tamaşa göstərilmişdir. Onların arasında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının xalq şairi Rəsul Rzanın “Qızıl qaz” pyesi əsasında hazırladığı eyni adlı səhnə əsəri və Kamera Teatrının “Portağal şahzadə” tamaşası böyük marağa səbəb olmuşdur. R.Əliyev həmin kollektivlərin festivaldakı çıxışlarını teatrımızın uğuru kimi qiymətləndirmişdir.
Sonra o, jurnalistlərin suallarına cavab vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:18]
Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur
- 02.10.2026 [17:59]
“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan
- 02.10.2026 [17:25]