TƏBİB: Şəkidə və Şirvanda invaziv kardiologiya və ürək-damar cərrahiyyəsi şöbələrinin açılması planlaşdırılır
Bakı, 28 sentyabr, AZƏRTAC
Hazırda bölgələrdə mütəxəssislər fəaliyyət göstərir və mürəkkəb əməliyyatlar icra olunur.
AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.
O qeyd edib ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasında invaziv kardiologiya və ürək-damar cərrahiyyəsi şöbələri açılıb, Şəki və Şirvanda isə açılması planlaşdırılır. “Artıq insanlar Bakıya gəlmədən də regionda əməliyyatlarını etdirə bilirlər. Hazırda vətəndaşların regionlarda bir xəstəxanada onlar üçün zəruri olan bütün tibbi xidmətləri əldə edə bilmələri üçün çalışırıq”, - deyə icraçı direktor vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [18:50]
Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub
- 09.06.2026 [18:18]