TƏCİLİ TİBBİ YARDIM XİDMƏTİ İŞÇİLƏRİ ÜÇÜN TRENİNQ ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
Azərbaycan dövlətinin təşəbbüsü ilə Beynəlxalq Tibb Korpusu tərəfindən həyata keçirilən bu layihənin 4 rayonu əhatə edəcəyini vurğulayan Səhiyyə Nazirliyi beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Samir Abdullayev son illər ərzində səhiyyə sistemində, o cümlədən təcili tibbi yardım sahəsində baş verən dəyişikliklərdən və bu istiqamətdə görüləcək işlərdən söz açmışdir.
Vurğulanmışdır ki, ABŞ-ın Con Hopkins Universitetinin 3 mütəxəssisinin aparacağı treninqdə təcili tibbi yardım üzrə ixtisaslaşan baş təlimçilərə bu sahədəki klinik və praktik bacarıqlar haqqında məlumat veriləcəkdir. Onlar isə, öz növbəsində, sonradan 300-dən çox mütəxəssis və təcili tibbi yardım göstərən həkimlərə müvafiq müasir üsulları öyrədəcəklər.
22 tibb işçisinin cəlb olunduğu və 22 milyon yarımdan çox ABŞ dollarının ayrıldığı layihədə Gəncə, Yevlax, Kürdəmir, Şəmkir rayonlarında yaradılacaq yeni təcili tibbi yardım şöbələrinə müasir avadanlığın və maşınların alınması da nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]