Tədqiqat: Xərçəngin profilaktik müalicəsi üçün dərman müəyyən edilib
Bakı, 31 mart, AZƏRTAC
Yeni bir araşdırma nəticəsində məlum olub ki, Çində istifadə edilən bir dərman orqanizmin xərçənglə mübarizə qabiliyyətini artırır.
AZƏRTAC “The İndependent” nəşrinə istinadla xəbər verir ki, araşdırma “Frontiers in Pharmacology” elmi jurnalında dərc edilib.
Araşdırma əvvəlcə siçanlar üzərində aparılıb. Ansofaksin hidroxlorid adlı antidepressantın şiş müalicəsində istifadə olunan dərmanlarla birlikdə qəbulu siçanlarda kolon xərçənginə səbəb olan hüceyrələrin böyüməsinə maneə törətdiyi müəyyənləşib. Tədqiqatçılar dərmanın xərçəngə qarşı immun reaksiyasını oyadan hüceyrələrin inkişafını stimullaşdırdığını müşahidə ediblər. Məlum olub ki, bu dərman şiş hüceyrələrini məhv etmək qabiliyyətinə malikdir. Müəyyən şiş dərmanları ilə birlikdə istifadə edildikdə, antidepressant siçanların dalaqlarında və digər orqanlarında xərçəngin böyüməsinə maneə törətdiyi göstərilib. Beləliklə aydınlaşıb ki, həmin dərman şişlərin 20 faizini məhv edə və uzunmüddətli toxunulmazlıq yarada bilir.
Mütəxəssislər sözügedən dərmanın hələ insanlar üzərində sınaqdan keçirilmədiyini bildiriblər. Çində “Ruoxinlin” adı ilə satılan “ansofaxine” 2022-ci ilin noyabrında depressiyanın müalicəsində istifadəyə icazə verilib.
ABŞ Qida və Dərman Administrasiyasında antidepressantın təsdiq prosesi ilə bağlı araşdırmalar davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]