Tehran Universitetinin Qafqaz Araşdırmaları İnstitutu 20 Yanvar faciəsi ilə bağlı xüsusi buraxılış hazırlamışdır
Tehran, 24 yanvar (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, Tehran Universitetinin Qafqaz Araşdırmaları İnstitutunun 20 Yanvar faciəsi ilə bağlı hazırladığı xüsusi buraxılışı farsdilli oxuculara təqdim olunmuşdur. İyirmi bir səhifədən ibarət jurnalda faciənin törədilməsinin siyasi səbəbləri, hərbi müdaxilənin əhatəsi və doğurduğu ağır nəticələr, Azərbaycan xalqının bu təcavüzə qarşı mübarizəsi və s. məsələlərdən bəhs olunur.
Təqdim olunan elmi araşdırmada ən tutarlı mənbələrdən və rəsmi sənədlərdən, faciəyə aid orijinal fotolardan istifadə olunmuşdur.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]