TEHRANDA AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN XATİRƏSİ DƏRİN EHTİRAMLA ANILMIŞDIR
İranın Gömrük Təşkilatının sədri Rəhbəri, İmdad Komitəsinin sədri Nəyyeri, daxili işlər nazirinin müavinləri Boləndian və Əhmədi, XİN-in 2-ci Müstəqil Ölkələr Birliyi İdarəsi Azərbaycan şöbəsinin müdiri Kondori, İranın Azərbaycandakı keçmiş səfiri Qəzai, keçmiş baş konsul Dəməşqiyyə, yerli KİV-in nümayəndələri, ziyalılar, Tehranda təhsil alan azərbaycanlı tələbələr, səfirliyimizin şəxsi heyəti, Tehrana qastrol səfərinə gələn xalq artistləri Lütfiyar İmanov və Ramiz Quliyev də mərasim iştirakçılarının arasında olmuşlar.
Mərasimdə ayətüllah Musəvi Ərdəbili çıxış edərək, ümummilli lider, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin siyasət aləmindəki yeri və rolu haqqında danışmışdır.
Tədbirin iştirakçıları ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin müstəqil Azərbaycan Respublikasını qüdrətli dövlətə çevirəcəyinə əmin olduqlarını bildirmişlər.