Təhsil müəssisəsində aşkarlanmış qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Bakı, 6 dekabr, AZƏRTAC
Tərtər rayonunun D.Əzizov adına Şıxarx 1 nömrəli kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Bu barədə AZƏRTAC-a rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı qeyd edilən təhsil müəssisəsində fərdi təhsilə cəlb olunmuş şagirdlərə tədris olunmayan fənlərə görə müəllimlərə əməkhaqqı ödənilməsi və digər qanunsuz yollarla xeyli miqdarda dövlət vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Fakta görə Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 06.10.2026 [18:57]
Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?
- 06.10.2026 [18:31]