TƏHSİL NAZİRİ ALMANİYA TEXNİKİ ƏMƏKDAŞLIQCƏMİYYƏTİNİN LAYİHƏ RƏHBƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Nazir GTZ-nin ölkəmizdə həyata keçirdiyi layihələri dəstəklədiyini
bildirmiş, eyni zamanda, bu qurumun kənd təsərrüfatı sahəsində kadr
hazırlığı ilə bağlı gördüyü işlərin əhəmiyyətini vurğulamışdır.
Görüşdən məmnun qaldığını bildirən H.Ştröbel ölkəmizdə kənd
təsərrüfatı sahəsi üzrə həyata keçirdikləri layihə çərçivəsində Azərbaycan
Kənd Təsərrüfatı Akademiyasında 35 tələbənin aqrar menecmenti ixtisası üzrə təhsil aldığını diqqətə çatdırmışdır.
Burada magistr hazırlığı üzrə də iş aparmaq niyyətində olduqlarını
açıqlayan qonaq qeyd etmişdir ki, bu istiqamətdə bir sıra digər ölkələrdə də müvafiq iş aparılır.
H.Ştröbel ölkəmizdəki texnikum və kolleclərdə kənd təsərrüfatı sahəsində mütəxəssis hazırlığı məsələsinə də toxunmuş, Naxçıvan, Göyçay, Sabirabad və Zaqataladakı kolleclərdə bu məsələ ilə bağlı lazımi tədbirləri reallaşdırmaq fikrində olduqlarını nəzərə çatdırmışdır. O, azərbaycanlı gənclərin hazırda Almaniyada müvafiq ixtisas üzrə təhsil aldığını da söyləmişdir.
Qonağın regional konfrans keçirilməsi fikri ilə həmrəy olduğunu
bildirən nazir demişdir ki, bunun üçün hazırlıq işləri aparılmalı, müvafiq
işçi qrupu yaradılmalıdır.
Sonra geniş fikir mübadiləsi aparılmış, təkliflər verilmişdir.