Təhsil nazirliyi ilə Almaniyanın təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
Bakı, 17 mart, AZƏRTAC
Martın 17-də təhsil naziri Emin Əmrullayev Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri Volfqanq Maniq ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan və Almaniya arasında ümumi təhsil, ali təhsil, eləcə də peşə təhsili sahələrində əlaqələrin hazırkı vəziyyəti və mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.