TƏHSİL NAZİRLİYİNDƏ GÖRÜŞ OLMUŞDUR
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə nazir M.Mərdanov son illər ölkəmizdə orta məktəblərin informasiya və
kommunikasiya texnologiyaları ilə təmin edilməsi sahəsində görülən işlərdən və təhsildə müasir informasiya texnologiyalarının tətbiqindən danışmışdır.
F.Brener İsveç ilə Azərbaycan arasında elm, təhsil, informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişafına dəstək vermək niyyətini açıqlamış,
eyni zamanda, təmsil etdiyi universitetdə informasiya texnologiyalarının tətbiqinə dair aparılan işlərdən bəhs etmişdir.
Görüşdə Azərbaycanda informasiya texnologiyaları universitetinin yaradılması, elm, təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi və müvafiq istiqamət üzrə işçi qrupunun yaradılması barədə müzakirələr də aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]